25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Arşavin: “İstərdim “Zenit” Bakıdakı finala çıxsın”

“Mən dünən Bakıya gəldim və bildiyiniz kimi, oyunda iştirak etdim. Bu gün də konfransdayam. Axşam növbəti lahiyə üçün görüşlərimiz olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqanın finalında sabiq komandaları “Arsenal”la “Zenit”in qarşılaşmasını istədiyini söyləyib: “Sözsüz ki, istərdim “Zenit” finala çıxsın. Digər rəqib o qədər də vacib deyil. Çünki finala çıxdıqdan sonra rəqib çox da önəm kəsb etmir. Amma finalda “Arsenal”la “Zenit” qarşılaşarsa, mənim üçün ideal olar”.

A. Arşavin Azərbaycanda futbolla bağlı tədbirlərin sayının çoxaldığını bildirib: “Mən Azərbaycanda bir dəfə olmuşam. Budəfəki gəlişimdə gördüyüm fərq ondan ibarətdir ki, futbolla bağlı tədbirlərin sayı çoxdur. Dünənki tədbir də daha çox əyləncə xarakteri daşıyır. Uşaqlar məhşur futbolçuları gördülər və oyunlarını canlı izlədilər. Mən də akrobatik zərbə ilə qol vurmaq istədim, ancaq alınmadı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30