19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ermənilər "Qarabağ"ın oyununda təxribat törətmək istəyirlər

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Ayntraxt” klubu ilə avqustun 29-da Frankfurtda qarşılacaq. Keçiriləcək bu futbol matçı ilı bağlı Modern.az -a ilginc məlumat daxil olub. Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz bununla bağlı “Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib. Sayta açıqlamasında qurum rəhbəri deyib ki, onlarda məlumat var ki, oyun zamanı ermənilər təxribat törədəcəklər.

Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün klub rəhbərliyinə müraciət edilib. Müraciətdə bir daha vurğulanır ki, Almaniyanın “Ayntraxt” klubu ilə oyun zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat var: “Belə təxribatların qarşısını almaq üçün “Qarabağ” klubunun rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməlidir. Rəqib klubun rəhbərliyini xəbərdar edərək stadionda tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılmasına izin verilməməsinə təminat almalıdır. Bununla bağlı baş verəcək hər hansı qarşıdurmanın əvvəlcədən qarşısının alınması üçün bütün tədbirlərin görülməsi tələb edilməlidir. Hansısa problem yaranacaqsa, məsuliyyətin əvvəlcədən rəqib tərəfin üzərində qalacağı bəyan edilməlidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30