25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Rəvan" "Turan"la oyunun hazırlıqlarını davam etdirir

 

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək oyunda qarşılaşacağı "Turan”la matç üçün hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, bu gün komanda "Bayıl Arena”da növbəti məşqə çıxıb.

Dünən əsasən futbolçuların fiziki hazırlığının artırılmasına yönəldilmiş məşq olduğundan bu dəfə toplu çalışmalar prioritet təşkil edib. Taktiki-texniki hazırlığın yüksəldilməsinə yönəldilmiş məşqdə futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarını can-başla yerinə yetirib. Milli komandaların oyunları ilə əlaqədar yığmalarına yollanmış litvalı Mindauqas Kalonas və syerra leoneli Samuel Barlaysız hazırlaşan komandada yüngül zədəsi olan Nikolay Orlovski də fərdi məşqlə kifayətlənir. Ancaq narahatlığa əsas yoxdur. Klubun həkimi Ceyhun Əliyev Orlovskinin "Turan”la matçda forma geyə biləcəyini düşünür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30