25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millimizin elit-raunddakı oyunlarının saatı açıqlandı

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 1-ci qrupda mübarizə aparacaq komandamızın hər 3 görüşü Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını "Krasnodar" klubunun akademiyasının meydanında, son oyununu isə “Kuban” stadionunda keçirəcək.

Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək

Qeyd edək ki, Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30