23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin keçmiş üzvü: "Azərbaycan klublarından da təklif gəlməməsi qəribədi"

Karyerası ərzində "Neftçi", "Sumqayıt" klubları ilə yanaşı, milli komandamızda da oynamış Maqomed Qurbanov Futbolxeber.az saytına müsahibə verib. Hazırda klubsuz qalan Qurbanov suallarımızı cavablandırıb:
 
- Klubsuz qalmağına səbəb nədi səncə?
 
- Klub axtarıram. Konkret təklif olmadı. 
 
- Azərbaycan klublarından ümumiyyətlə, təklif göndərən, maraqlanan da olmadı heç?
 
- Xeyr, Azərbaycandan da konkret heç nə olmadı. Bu da mənim üçün qəribədi. 
 
- Azərbaycan Premyer Liqası ilə maraqlanırsan? Səncə, səviyyə yüksəlib, yoxsa əksinə düşüb?
 
- Məncə, hazırda Azərbaycan çempionatı zəifləyib. Əvvəllər daha maraqı idi. Çempionatda səkkiz komanda çox azdı.
 
- "Sumqayıt"dan "Neftçi"yə böyük ümidlərlə transfer edilsən də, orada çox qalmadın. Səncə, nəyə görə "Neftçi"də qalıcı ola bilmədin?
 
- "Neftçi"də qalmağı çox istəyərdim. "Sumqayıt"da 15 qol vurmuşam və yaxşı da formada idim. Amma "Neftçi"də Anyetaya daha çox üstünlük verildi. Başa düşmürdüm ki, məni niyə oynatmırlar. Halbuki Anyeta bütün oyunları oynadı və cəmi bir qol vurdu. Oynamaq üçün mən getməyi qərar aldım. 
 
- Hazırda "ağ-qaralar" çempionluq mübarizəsi aparır. Səncə, Neftçi bu mövsüm bunu bacaracaq?
 
- Hazırda "Neftçi"də Kamran Quliyev var. O, yaxşı menecer və prezidentdi. Transferlər də səviyyəli şəkildə həyata keçirilir. "Neftçi"nin çıxışı yaxşıdı. Mövsüm sonuna kimi yaxşı mübarizə gedəcək.
 
- Azərbaycan yığmasının şərəfini qorumusan. Hazırda millimizdə yeni baş məşqçi var. Nikola Yurçeviçin Azərbaycan millisinə kömək ola biləcəyinə inanırsan?
 
- Görək də necə olacaq. Zaman göstərəcək. İndi nəsə demək mənasızdı.
 
- Xorvatiya, Slovakiya, Macarıstan və Uelslə eyni qrupda yer alan yığmamızdan hansısa uğurlu nəticə  gözləmək olar? 
 
- Milli komandaya inanmaq və hər zaman sevmək lazımdı. Hər şey daha yaxşı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30