19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Asif Məmmədov: "İnanmıram ki, "İnter"ə Tsxadadzedən güclü məşqçi gəlsin"

"İnter"in aparıcı üzvü Asif Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Son oyunda müəyyən fasilədən sonra yenidən meydana çıxdın. Hazırda özünü necə hiss edirsən?

- Özümü yaxşı hiss edirem. Zədəm demək olar ki, tam sağalıb. HHər şey yaxşıdır.

- Artıq 90 dəqiqə oynamağa hazırsan?

- İnşallah AZAL-nan oyuna kimi tam hazır olacağam.

- "İnter" mövsümdə uğursuz start verdi. Ardıcıl 2 yenilginin səbəbini nədə görürüsən?

- Düzdü, çempionata pis başladıq. Amma keçən il də belə olmuşdu. Qarşıda hələ 34 oyun var. Elə biz də qarşıdakı AZAL-la oyunda bu uğursuzluğa son qoymaq istəyirik.

- Uğursuzluq nədən irəli gəlir? Heyət yeniləndiyi üçün komandada anlaşmanın istənilən səviyyədə olması üçün vaxta ehtiyac var, yoxsa kənardan görünməyən başqa problem var?

- "Qarabağ"la oyunda pis oynamadıq, uduzduq. Amma "Qəbələ" ilə matçda həqiqətən də zəif çıxış etdik. Yəqin, hardasa nəyisə düz etmirik. Çalışmalıyıq ki, gələcək oyunlarda bu səhvləri təkrar etməyək. Neçə ildi "İnter"dəyəm, amma klubun daxilində heç bir problem görməmişəm. Hazırda komandamızda sadəcə 1 qələbəyə ehtiyac var. Yeganə problemimiz məhz budur.

- Son oyundan sonra Tsxadadzenin istefa məsələsi gündəmi zəbt etdi. Bu barədə baş məşqçi sizə nəsə dedi?

- Məncə, Kaxa bu sözləri hirsli olarkən deyib. 2 oyunla axı heç nə bitmir. Yenə deyirəm, qarşıda 34 oyun var. Heç bir futbolçu istəməz ki Kaxa "İnter"i tərk etsin. Çünki inanmıram ki, "İnter"ə ondan güclü məşqçi gəlsin.

- Qarşıdakı turda AZAL-la oynayacaqsınız. Cari mövsümdə AZAL-ın oyununa baxmısan?

- Hə, baxmışam. "Bakı" ilə oyunlarını izlədim. Əzmkar komandadılar. Bizi qarşıda çətin oyun gözləyir. Onsuz da AZAL-la oyunlar həmiçə çətin keçir.

- 2 tur ərzində komandalar necə təsir bağışladı? Hansı komandaları fərqləndirə bilərsən?

- Digər komandaların oyununa baxmamışam. Hələ ki yalnız qarşılaşdığımız komanadaların və AZAL-ın oyununu görmüşəm.

- Legioner limiti yeni dəyişdi. Yeni mövsümdən etibarən limit 6+5 olacaq. Bu qərara münasibətin necədir?

- Pis qərar deyil. Amma bir məqam var. Belə ki meydanda 2 21 yaşlı futbolçu olmalıdır. Məncə meydanda yaşı 21-dən çox olan 4 futbolçunun olması haqda qərar qəbul etsəydilər, daha yaxşı olardı. Çünki 22 və daha yuxarı yaşlı futbolçuları da düşünmək lazımdır.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30