28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"dən 8 cavabsız qol

"Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.
 
U-19 səfərdə “Səbail”lə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” liderliyini möhkəmlədib. “Qəbələ” 19 oyunda 51 xal toplayıb.
 
Qış fasiləsindən sonra ilk matçına çıxan U-17 “Səbail”i qəbul edib. 4:1 hesablı qələbə qazanan “Qəbələ” 13 matçdan sonra 24 xalla 5-cidir.
 
“Turan Tovuz”un qonağı olan U-16 rəqib meydanında 8 cavabsız qol vurub. 19 görüşdə 49 xal yığan “qırmızı-qaralar” yarışın lideridir.
 
U-15 ev qarşılaşmasında “Zirə”ni məğlub edib - 2:1. 16 oyunda 42 xal toplayan “Qəbələ” 2-ci sırada qərarlaşıb.
 
Paytaxt zonasında çıxış edən U-14 “Səbail” üzərində qələbə qazanıb – 1:0. 16 görüşdə 36 xal yığan bu komanda 3-cü pillədədir.
 
Eyni zonada mübarizə aparan U-13 “Neftçi” PFK-nı məğlub edib – 3:2. 17 matçdan sonra 24 xala malik “qırmızı-qaralar” 8-ci sırada yer alıb.
 
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında sözügedən klubun 2 komandası qüvvəsini sınayır. UGİM “Qəbələ” UGİM-ə (Yevlax) 3:0, “Qəbələ” UGIM “Rabitəçi”yə (Yevlax) 6:0 hesabı ilə qalib gəlib. 15 matçdan sonra “Qəbələ” 45 xalla 1-ci, UGİM “Qəbələ” 29 xalla 2-cidir. Eyni zona üzrə mübarizə aparan U-11 UGİM “Rabitəçi”nin (Yevlax) qapısından 10 cavabsız qol keçirib. 13 oyunun hamısında qalib gələn “qırmızı-qaralar” 1-ci pillədə qərarlaşıb.
 
U-10 Liqasında da “Qəbələ”nin iki komandası mübarizə aparır. UGİM (Qəbələ) UGİM “Rabitəçi”ni (Yevlax) 3:0, “Qəbələ” isə UGİM-i (Yevlax) 7:0 hesabı ilə yenib. 15 oyun keçirən komandalardan “Qəbələ” 45 xalla 1-ci, UGİM 24 xalla 2-cidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31