19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Şeydayev: "Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm"

"Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm və bunu istərdim. Axı söhbət mənim doğma və sevimli şəhərimdən, uşaqlıqdan azarkeşlik etdiyim komandadan gedir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu hazırda "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şevdayev ilk klubu "Zenit"ə qayıtmaq ehtimallarını "Sports Daily" nəşrinə şərh edərkən deyib.
 
23 yaşlı hücumçu Sankt-Peterburq təmsilçisinin Olimpiya Ehtiyatları İdman Məktəbinin direktoru Yevgeni Şeyninə verdiyi dəstək qarşılığında minnətdarlığını bildirib.
 
Şeydayev "Qarabağ"da ikən Çempionlar Liqasında topladığı təcrübənin hiss olunduğunu vurğulayıb: "Bu təcrübə sadəcə verilmir, insanı zənginləşdirir, təhlil aparmağa vadar edir. Yəni, hazırlıq prosesi, matçlar vasitəsilə artırmalı olursan.
 
Ümidvaram ki, bu təcrübə mənə kömək edəcək. Çempionlar Liqası elə bir ab-havadır ki, ora yenidən baş vurmağı hər zaman istəyirsən. Bunun üçün isə çox çalışmağın lazım olduğu anlaşılandır".
 
Azərbaycanlı forvard "Krılya Sovetov"da hər şeyin onun xoşuna gəldiyini də diqqətə çatdırıb. O, həm komanda, həm də yaradılan şəraitdən, Samara şəhərindən razılıq ifadə edib:
 
"Ən əsası, "Krılya Sovetov"da böyümək, oyununu artırmaq üçün bütün şərait var. Mən bunun üçün buradayam. Əlbəttə, oynamağa hazıram". Yeni baş məşqçi Miodraq Bojoviçin məşqlərini çox bəyəndiyini deyən Şeydayev monteneqrolu mütəxəssisin gəlişindən sonra ilk növbədə, kollektivdaxili ab-havanın dəyişdiyini dilə gətirib:
 
"Məşq etmək çox xoşuma gəlir. Çünki oyun çalışmaları, topla iş çoxalıb. Bunlar təkcə mənə yox, kollektivə də yaxşı təsir edib. Bojoviç mənə heç bir söz verməyib. Belə hal olmur. Sübut etmək, hədəfə çatmaq lazımdı. Çox ümid edirəm ki, buna nail olacağam. Hərçənd, rəqabət həqiqətən ciddidir. Bu da işin xeyrinədir".
 
"Zenit"in yetirməsi olan Ramil Şeydayev 5 iyul 2016-cı ildə klubu tərk edərək, Türkiyə "Trabzonspor"una keçib. O, eyni zamanda Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan millisində oynamağa başlayıb.
 
Sonradan Slovakiyanın "Jilina" və "Qarabağ"da icarə əsasında çıxış etmiş Şeydayev 2018-ci ilin avqustunda Rusiya "Krılya Sovetov"u ilə 1 illik müqavilə bağlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31