19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Riad Rəfiyev: "Açıq məsələlər çoxdur və onları danışmaq lazımdır"

AFFA Klublar Komitəsinə yeni sədr seçilən "Sumqayıt"ın prezidenti Riad Rəfiyev brifinq keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, ilk olaraq komitənin bugünkü iclası haqda danışıb:
 
- Bu gün Hakimlər Komitəsinin sədri Frits Ştuxlik də iclasa qatılmışdı. Əsas məsələ hakimliklə bağlı idi. Bildiyiniz kimi, son vaxtlar bəzi klublarımız oyun qaydalarına görə yox, administrativ məsələlərə görə cərimələnib. Hakimlərin otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu.
 
- Oyunlarınızın protokolunda ən xırda məsələlərə görə də cərimələr yazılıb. Məsələn, topdaşıyan uşaqların oyun zamanı topla artıq hərəkət etmələri və s. Bunları müzakirə etdinizmi?
 
- Bəli, əsas müzakirə mövzusu da bunlar idi. Ən çox suallar bununla bağlı verildi.
 
- Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdınız...
 
- Mənim fikrim belədi ki, biz hakim yox, öz səhvlərimizə görə uduzmuşuq. Bugünkü iclasda hakim səhvləri barədə danışmadıq.
 
- Bu etirazlara Frits Ştuxlikin cavabı nə oldu?
 
- Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidirsə, bununla bağlı siyahı hazırlayıb Ştuxlikə göndərək.
 
- Klublar Komitəsinin sədri olacağınızı gözləyirdinizmi?
 
- Həmişəki kimi, səsvermə oldu və mən seçildim. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.
 
- Qurum yeni yarananda hər ay yığışırdısa, son vaxtlar gec-gec bir araya gəlirsiniz. Sizin sədrliyiniz dövründə necə olacaq?
 
- Qeyd etdiyim kimi, növbəti iclasımız gələn aydır. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdur və onları danışmaq lazımdır. Artıq mövsümün ən qızğın vaxtıdır. Bütün klubların başı oyunlara qarışıb. Amma yenə də imkan daxilində tez-tez görüşməyə çalışacağıq.
 
- Qurumun işini daha da canlandırmaq üçün hansı prioritetləri nəzərdə tutmusunuz?
 
- Əlimizdən gələni edəcəyik ki, daha da fəal olaq, Premyer Liqanın işindən daha da yaxından iştirak edək. Məsələlər çoxdur, onları danışmaq, imkan daxilində həll etmək lazımdır.
 
- CBC Sport yayım hüququna sahib çıxanda klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin ödəniş hələ də olunmayıb...
 
- Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bugünkü iclasda isə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq.
 
- 22 ildi nəşr olunan “Futbol+” qəzeti dövlət yardımından məhrum olunacaq. Klublar Komitəsinin növbəti iclasında bu məsələni gündəmə gətirmək olarmı?
 
- Gözəl təşəbbüsdü. Şəxsən özüm bu mövzunu növbəti iclasda qaldıracam və “Futbol+” qəzetinə əlimizdən gələn köməyi etməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31