28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Gürcü menecer: "Vaxtanq Azərbaycanın bütün klubları üçün maraqlı idi"

Gürcüstan milli komandasının üzvü Vaxtanaq Çanturaşvilinin karyerasını Azərbaycanda davam etdirə biləcəyi xəbərləri dolaşırdı. Futbolçunun meneceri Mixail Xutsişvili Futbolxeber.az saytına açıqlamasında bunu təsdiqləyib.

Amma o, futbolçusunun Avropada qalmaq istədiyindən “Jlin”lə müqavilə imzaladığını bildirib: “Vaxtanqın xidmətində Türkiyə, Qazaxıstan və Azərbaycan klubları maraqlı idi. Azərbaycandan hansı klub maraqlanırdı? Demək olar ki, Vaxtanq hamısı üçün maraqlı idi.

Amma düzünü desəm, konkret təklif yox idi. Azərbaycana nəyə görə gəlmədi? Çünki Avropada qalmaq istəyirdi. Konkret klub adı çəkə bilmərəm, sadəcə onu deyə bilərəm ki, Vaxtanqa Azərbaycandan maraq var idi. Avropada qalmaq istədiyinə görə “Jlin”lə müqavilə imzaladı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31