28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rövnəq Abdullayev: "Bu, Naxçıvanda futbolun inkişafına böyük dəstək olacaq"

İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib:

"Futbolun inkişafı üçün çox vacib müzakirələr apardıq. Bu istiqamətdə yekdilliklə qərarlar qəbul olundu. Ən əsas qərar I Divizion komandaları ilə bağlı oldu. İcraiyyə Komitəsinin sonuncu iclasında I divizion komandaları ilə bağlı çıxrılan qərarlara yenidən baxıldı. Müzakirələrdən sonra belə qərara gəldik ki, komandaların heyətlərində yaşı 21-dək olan futbolçuların limitində dəyişiklik edək. Yeni qərara əsasən, meydanda yaşı 21-dək olan 6 futbolçu olacaq. Əsas məqsədimiz yaşı 21-dək olan futbolçuları I Divizion və Premyer Liqa oyunlarına cəlb etmək, onlara imkanlar yaratmaqdır. İkinci vacib qərar isə legioner limiti ilə bağlıdır. Növbəti mövsümdən Topaz Premyer Liqasında mübarizə aparan komandalar 6 legionerin xidmətindən yararlana biləcək. Heyətdəki 5 yerli futbolçunun ikisinin yaşı isə 21-dək olmalıdır. Təbii ki, başqa məsələlər də həll olundu. Ötən il pilot layihə kimi həyata keçirilən U-19 liqasının yaradılması qərarlaşdırıldı. Həmçinin Naxçıvanın “Araz” komandasının I Divizionda çıxış etməsi bu ildən təmin ediləcək. I Divizion klublarının Naxçıvana gediş-gəliş xərclərini AFFA öz üzərinə götürdü. Bu da Naxçıvanda futbolun inkişafına böyük dəstək olacaq.

"Kəpəz" klubunun maliyyə durumunu nəzərə alaraq, bu istiqamətdə də işlər görülür. Artıq komandaya sponsor cəlb olunub. AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov Gəncəyə kurator təyin olundu. O, sponsorlarla birlikdə "Kəpəz" klubunun və uşaq futbolunun inkişafına xidmət göstərəcək. Düşünürük ki, bu addım Gəncə futbolunda müsbət mənada dönüş yaradacaq.

Gündəlikdəki digər məsələ isə gələn mövsüm I Diviziondan Topaz Premyer Liqasına neçə komandanın çıxması idi. Qəbul olunan qərarar əsasən, gələn il I Diviziondan 1 komanda Topaz Premyer Liqasına vəsiqə qazanacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31