2 Iyul 2020, Cümə axşamı
AFFA yeni hakimləri təsdiqlədi
Peşəkar Futbol Liqası 12 yaşında
Gerye "Qarabağ"a geri döndü
“Sumqayıt”da daha bir ayrılıq

Ölkə futbolu

Yığmamızın çalışdırıcısı: "Uğur qazana bilərik"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd İspaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Futbolxeber.az-ın məlumatına görə, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31