19 Oktyabr 2019, Şənbə
“Kəpəz”dən ardıcıl üçüncü qələbə
"Fənərbaxça"dan Azərbaycana təbrik
“Qarabağ”ın "avtoş" futbolçusu
Etirazlar “El Klasiko”nu təxirə saldırdı

Ölkə futbolu

"Qəbələ"nin baş məşqçisi cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az saytının PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
 
Topaz Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 25-ci dəqiqəsində  “Sabah"ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ”nin rəsmi protokolda baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.
 
Topaz  Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt”ın 5 , “Qarabağ”ın  4 futbolçusu  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub..
 
Topaz  Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Topaz  Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31