Ölkə futbolu
"Əməkhaqqım barədə federiya rəsmiləri ilə 2-3 dəqiqəlik danışığım olub"
Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.
- Salam. Gəldiyiniz üçün çox sağ olun. Burada çoxlu jurnalistin olması milli komandanın sizin üçün nə dərəcədə önəmli olmasından xəbər verir. Bu, mənim üçün də əlavə stimul olacaq. Motivasiyam yetərincədir. İnanıram ki, gələcəkdə də sizinlə əməkdaşlıq edəcəyik. Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün həm sevincli, həm də qürurluyam.
- Artıq Xorvatiya mətbuatında da sizinlə bağlı xəbərlər yayılıb və orada 1 illik müqavilə imzaladığınız qeyd olunub. Maraqlıdır, ölkənizdə anlaşmanın müddəti bilinir, bizdə isə hələ yox...
- Xorvatiyada heç bir media qurumuna danışmamışam. Bunu hardan götürdüklərini bilmirəm. Mənim müqaviləm 1 illikdir. Belə bir bənd var ki, daha 2 il uzadıla bilər. Bu ilin sonunda yenidən danışıqlar olacaq.
- Öz qarşınıza hansı hədəfləri qoymusunuz və Azərbaycan millisi üçün nəyi uğurlu nəticə sayacaqsınız?
- İlk növbədə komandaya inanmalıyıq. Bildiyiniz kimi, qrupumuzun əsas favoriti Xorvatiya FİFA reytinqində 4-cüdür. Bizim mövqeyimiz isə yaxşı deyil. Çalışmalıyıq ki, seçmə mərhələdə yaxşı çıxış edək.
- Azərbaycan çempionatının 2 oyununa baxdınız. Həmin matçlar sizdə hansı təəssüratlar oyatdı?
- Bəli, "Sumqayıt" - "Qarabağ" və "Neftçi" - "Keşlə" oyunlarına stadiondan, "Qarabağ" - "Neftçi" derbisinə isə internetdən baxdım. Xüsusilə sonuncunu qeyd edərdim. Bu matç çox xoşuma gəldi. Yığmanın üzvləri əsasən "Neftçi" və "Qarabağ"da cəmləşdiyi üçün görüşü çox bəyəndim.
- Millidə nə kimi yenilik etmək və qapı xəttində kimi görmək istəyirsiniz?
- Bundan əvvəlki seçmə mərhələ oyunlarını izləmişdim və bəzilərini bəyənmişdim. Düzgün konsentrasiya və hazırlıqla istəyimizə çatacağımızı düşünürəm. Ölkədə olan yerli qapıçılar barədə məlumatım var. 2-3 həftə ərzində onları yenə izləyəcəm. Mənim üçün çox vacibdir ki, yığmaya çağırılan oyunçular 90 dəqiqə ərzində oyunlara düzgün köklənsinlər.
- Seçmə mərhələyə 1 ay vaxt qalıb. Necə düşünürsünüz, bu müddət milli üzvlərini tanımaq və qarşıdakı oyunlara hazırlaşmaq üçün kifayət edəcək?
- Bəli, martın 21-də Xorvatiyaya qarşı çox vacib oyuna çıxacağıq. Nəzərimdə 20-yə yaxın futbgolçu var. Onları izləmişəm. Ancaq yeni oyunçular da axtarıram. Məlumatım əvvəl də var idi. Bundan sonra da lazımı bilgiləri toplayacağam. Azərbaycan çempionatında oynayan milliyə namizədlər haqqında tam məlumatım var. Hələ ki, ölkə xaruicində oynayan futbolçular barədə informasiya toplamamışam. Ancaq tezlıiklə onlar haqda öyrənəcəyəm.
- Köməkçiləriniz Xorvatiyadan olacaq, yoxsa yerli mütəxəssislərə də güvənəcəksiniz?
- Bir köməkçim Xorvatiyadan olacaq. Adı Mario Tokiçdir. Onunla çox çalışmışıq, inandığım məşqçidir. Digər 2 köməkçim isə azərbaycanlı olacaq. Yerlilərlə bağlı federasiya ilə görüşüm olacaq. Onların məsləhət gördüyü namizədləri gözdən keçirdikdən sonra yekun qərarımızı verəcəyik.
- Prosineçki sizin haqqınızda xoş sözlər söyləmişdi. Müqavilə bağlamazdan öncə ondan məsləhət almışdınızmı və sizə Azərbaycan haqda nə deyib?
- Prosineçki ilə 30 ildən çoxdu tanışıq. Bir yerdə çalışımışıq. Həm onunla, həm də köməkçisi ilə Azərbaycan, Bakı barəsində xeyli söhbətimiz oldu. Ölkəniz haqda ancaq pozitiv şeylər eşitdim. İndi də bunun canlı şahidi oldum
- Milli komandamız 1 həftədə 2 oyun keçirə bilmir. Futbolçular fiziki cəhətdən çatdırmırlar. Bunun qarşısını almaq üçün hansı üsullardan istifadə edəcəksiniz?
- Bəli, məlumatım var ki, millinin bəzi üzvlərinə həftə ərzində 2 oyun keçirmək çətindir. Bunu aradan qaldırmağa çalışacağam.
- Federasiyanın məşqçi qarşısında əsas şərti nə olub?
- Dediyim ki, əsas məqsəd oyundan-oyuna artırmaq, daha yaxşı çıxış etmək olacaq. Eyni zamanda Avropa çempionatının final mərhələsinə çıxmaq üçün vuruşacağıq. Bilirik ki, çətin olacaq, amma mübarizə aparacağıq.
- Prosineçki Bakıda ən çox quzu kababını xoşladığını deyirdi. Siz bizim mətbəxdən nəyi xoşlayırsınız?
- Əlbəttə, Azərbaycan mətbəxindən dadmışam. Posineçki ilə bağlı ancaq futboldan danışmamışq. Azərbaycan haqda da söhbətimiz olub. Ən çox da yeməyinizi tərifləyib. Bildiyiniz kimi, 2 il də Türkiyədə çalışmışam. Onların da mətbəxini sevirəm.
- Martın 21-də Xorvatiya ilə oyuna qədər neçə toplanış keçməyi planlaşdırırsınız? Tarixlər məlumdurmu və harada olacaq?
- Bəli, hazırlıq prosesi Bakıda olacaq. Amma tarixlər barədə hələ ki, bir söz deyə bilmərəm. Premyer Liqanın təqviminə baxmalıyam. Bundan sonra hər şeyə aydınlıq gələcək.
- Millimizin sizdən əvvəlki baş məşqçisi Qurban Qurbanovla görüşmüsünüzmü?
- Qurban Qurbanovu tanıyıram. Serbiyaya vurduğu 2 qol yaxşı yadımdadır. Ancaq hələ görüşmək imkanımız olmayıb. Çalışacağam ki, qarşıdakı 2-3 həftə ərzində bütün baş məşqçilərlə görüşüb, fikir mübadiləsi aparım.
- Qurban Qurbanov baş məşqçi təyina olunarkən millidəki qazancını açıqlamışdı. Mümkündürmü ki, siz də bunu edəsiniz?
- Əməkhaqqım barədə federiya rəsmiləri ilə 2-3 dəqiqəlik danışığım olub. Rəsmi müqavilə bağlandıqdan sonra məlumat veriləcək.
- Prosineçki həmişə oyundan əvvəl start heyəti açıqlayırdı. Siz də bu yolla gedəcəksiniz?
- Mən bunda bir problem görmürəm. Amma hərdən elə anlar ola bilər ki, daha bir gün fikirləşim, sonra açıqlayım.
- Prosineçki Bakıda olduğu müddətdə ailəsini də bura gətirmişdi. Siz hansı addımı atacaqsınız?
- Çox xoşdur ki, ondan ancaq xoş sözlər eşidirəm. Yoldaşımla birlikdə Baklıda yaşayacağam. İki qızım Zaqrebdə təhsil aldığı üçün orada qalacaqlar. Ancaq ayda bir dəfə bura gələcəklər.
- Hər şeydən danışdınız, futbol fəlsəfəsindən söz açmadınız. Maraqlıdır, milliyə hansı futbolu oynadacaqsınız?
- Hücumameylli futbola üstünlük verirəm. Ancaq reallaığı da nəzərə alanda taktika dəyişə bilər. Əsas fəlsəfəm 90 dəqiqə ərzində konsentrasiyadır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- “Səbail” kapitanı ilə yollarını ayırır
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- Berdıyevdən mini master-klass
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
- Futzal millimizdə yeni məşqçi təyinatı
-
23:41
İdmançılarımızın olimpiadada qazandıqları medallar yenisi ilə əvəzlənib
-
18:36
"Barselona" Fliklə yola davam edəcək
-
17:53
II Liqada 18-ci tura start verilib
-
17:25
Boks millərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar
-
17:00
Kenan Piriç: “Bundan sonra “Neftçi” üçün hər matç finala bərabərdir”
-
16:47
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
15:39
"Liverpul" - "Qalatasaray" matçı polşalı hakimlərə tapşırıldı
-
15:14
Premyer Liqamız 26-cı turun oyun cədvəli açıqlandı
-
14:52
Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış ediblə
-
14:28
İrina Zaretska: "Yenidən zirvədə olmaq mənə böyük zövq verir"
-
14:01
Azərbaycan kuboku: Yarımfinalda ilk oyunların vaxtı müəyyənləşdi
-
13:46
Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
-
13:33
"Şamaxı"da bayram bayrama qarışdı
-
13:17
Emin Mahmudov "Neftçi"nin tarixinə düşdü
-
12:55
Musa Qurbanlı “100”ə çatdı
-
12:29
Mirbağır İsayevə vəzifə verildi
-
12:04
"Roma" qələbəni əldən verdi VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:30
"Milan" "Latsio"ya uduzdu VİDEO
-
11:12
AFFA millimizin məğlubiyyətlərini niyə gizlədir?
-
10:51
Azərbaycan çempionatları tarixində 9-cu
-
10:36
"Mançester Yunayted"dən növbəti qələbə VİDEO
-
10:23
“Berdıyev kimi təcrübəli baş məşqçinin bu iradı tam yerindədir”
-
10:07
Laporta yenidən “Barselona”nın prezidenti seçildi
-
09:45
"Beşiktaş" səfərdə sevindi VİDEO
-
23:49
Güləşçimiz Avropa çempionu oldu
-
22:14
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:37
Sxadadze: “İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”
-
21:03
Yuri Vernidubdan qələbə şərhi
-
20:22
Qərb derbisində qarşılıqlı qollar VİDEO
-
19:56
"Neftçi" qalib gəldi, "Turan Tovuz" xal itirdi
-
18:41
Emreli 8 ay sonra qol vurdu
-
17:15
Azər Bağırov: “Qeyri-stabil olduğumuzu deməzdim”
-
17:08
Berdiyev: “Vacib iki xal itirdik”
-
14:59
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
-
13:34
"Bayer" - "Bavariya" oyununda 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
12:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
12:10
Tiaqo Silva: “Qarabağ" qələbəyə layiq idi”
-
11:52
"Napoli"dən əzmkar qələbə VİDEO
-
11:31
Azərbaycan millisi ABŞ-a qalib gəlib finala yüksəldi
-
11:05
"Çelsi" öz meydanında "Nyukasl"a uduzdu VİDEO
-
10:48
Nəriman ehtiyatda qaldı
-
10:29
Arda fantstik qol vurdu, "Real" qalib gəldi VİDEO
-
10:14
Kökçünün komandası uduzdu
-
10:00
Kamilo Duran: “Yaxşı hazırlaşmalıyıq ki, 3 oyunda “Sabah”a qalib gələk”
-
00:37
Futbolxeber.az 14 yaşında!
-
23:38
Basketbol millimiz səfərdə Monteneqroya uduzub
-
23:21
"İstedadların seçimi" turnirinin II turunda 8 çəkidə mükafatçılar müəyyənləşib
-
22:49
"Zirə" - "Qarabağ" matçında 4 qol VİDEO
16.03.2026
15.03.2026
14.03.2026























