25 Dekabr 2025, Cümə axşamı
“Səbail”dən gözlənilməz məğlubiyyət
II Liqanın bombardirləri açıqlandı
"Zirə"nin hazırlıq planı bilindi
“Sumqayıt” hamını qabaqladı

Ölkə futbolu

Yurçeviç rəsmən millimizdə

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan milli komandasının baş məşqçi təyin olunub. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə  xorvatiyalı Nikola Yurçeviç təyin edilib. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç solaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31