12 Yanvar 2026, Bazar ertəsi
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
"Qarabağ" da Türkiyəyə getdi
"Zirə" Antalyaya yollandı
"Sumqayıt" "Pakş"a məğlub oldu

Ölkə futbolu

Bu gün milliyə baş məşqçi təyin olunur

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
 
Futbolxeber.az-ın məlumatına görə, bu haqda AFFA-nın saytı xəbər yayıb.
 
Saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər salınıb.
 
İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.
 
Qeyd edək ki, A milli komandaya əsas namizəd xorvatiyalı Nikola Yurçeviçdir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31