Ölkə futbolu
Tərlan Əhmədov: "Mənim üçün heç bir gərginlik yoxdu"

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Neftçi” - “Keşlə” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bölüşüb:
"Maraqlı oyun gördük. Oyuna əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm".
- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa...
- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özünə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç ümumiyyətlə komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdü.
- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?
- Artıq vaxtımız yoxdu. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.
- Klubda maliyyə problemləri olduğu deyilir...
- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündü.
- Start heyətdə 5 legioner var idi. Deyirsiz ki, futbolçularda özünəinam yoxdu. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdı. Onları bura kim gətirməyin məsuliyyəti kimdədi?
- 4 futbolçu transfer etmişik. 3-ü legionerdi, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdu. Bütün məşqçilər korpusu bəyənib yeni gələnləri.
- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdı: hazırlıq, maliyyə və psixoloji. Əsas problem nədi?
- Dedik ki, maliyyə barədə problem yoxdu.hazırlıq da normaldı. Sadəcə, psixoloji cəhətdən çətnlik var. Məğlubiyyətə öyrəşən komandanı vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.
- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?
- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də, onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.
- Əgər mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?
- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı qara zolaqdan çıxaraq.
- Emin Mehtiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimddəi?
- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə yaşana bilir. Kimisə günühlandırmaq mənasızdı. Emin yaxşı formadadı, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.
- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaratmayacaq ki?
- Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. Bu gün də görürsüz ki, gərginlik yoxdu. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, demək, oturmalıdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Çumbinyo "Səbail"ə keçir?
- MillimizinHollandiya ilə oyununun vaxtı açıqlandı
- Badibanqa "Neftçi"yə keçir?
- AFFA Yurçeviçin Bakıdakı ilk oyununun vaxtını və rəqibi açıqladı
- Dibala PSJ-yə keçəcək
- Platellas rəsmən "Neftçi"də
- Yığmamız Türkiyə ilə qarşılaşacaq
- Seneqallı futbolçu: "Azərbaycandan təklif almışam"
- Millimizin çalışdırıcısı: “Taktiki planda oyunumuzu düzəltməliyik”
- "Arsenal" Vüqar Nadirovla maraqlanır
- "Sumqayıt"ın üzvü Bakıda polisləri aldadıb: "Belə bir şey İsraildə olsaydı..."
- Canluka Sansonenin "Neftçi"yə keçidi ən qəribə transfer oldu!
- Bertuççi: "Neftçi"dən ayrılmalı deyildim"
- Millimiz Biliçin köməkçisinə tapşırılır?
- "Neftçi"nin müdafiəçisi Xorvatiya klubuna keçə bilər
-
21:44
Kuman millidə işləyəcək
-
21:17
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
20:56
Türkiyə millisinin sabiq üzvü paytaxtımıza gəlir
-
17:13
"Zirə" uduzdu, "Sumqayıt" qalib gəldi
-
16:57
"Bavariya"lı "Liverpul"a qarşı oynamayacaq
-
16:47
Millimizin üzvü: "Səhvlərimizi düzəltməliyik"
-
16:15
"Qəbələ"nin sabiq futbolçusu həvəskar liqada
-
15:55
PSJ türk futbolçu ilə müqavilə imzaladı
-
15:32
"Qarabağ"a qol vuran Ukrayna klubunda
-
15:17
Yığmamızın üzvü çex klubunda
-
15:12
"Qarabağ"dan "Yuventus"a atmaca
-
14:35
Xorvatiya Azərbaycanla oyun bu heyətlə çıxacaq?
-
14:19
Aleks "Fənər"də işləyəcək?
-
13:54
Maykl Essian və Deko Bakıya gəlir
-
13:38
Birinci divizionun oyunları eyni saatda
-
13:20
Miodraq Bojoviç Ramil Şeydayev haqda nə dedi?
-
12:59
"Keşlə" - "Qarabağ", "Neftçi" - "Sabah" matçının başlama vaxtı bilindi
-
12:28
Dieqo Simeone etdiyi hərəkətə görə üzr istədi
-
12:14
Çempionlar Liqasında ən yaxşı kim olacaq?
-
11:58
Turun ən yaxşı oyunçusu seçildi
-
11:44
Premyer Liqada 17-ci turun rəmzi komandası açıqlandı
-
11:30
Günün oyunları hansı kanalda?
-
01:57
"Yuventus" uduzdu, "Mançester Siti"dən 10 nəfələ əzmkar qələbə
-
00:49
Avroliqada daha 15 oyun (Yenilənir)
-
00:36
Prosineçki: “Onlar da Azərbaycan kimi partlamamış bombadır”
-
00:14
“Sumqayıt”ın futbolçusu polislə bağlı açıqlamasına görə cəzalandırıldı
-
00:00
"Qəbələ" - "Keşlə" : 48-ci duel
-
22:51
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
-
18:10
"Qarabağ" Miçelsiz məşq etdi
-
17:21
Klublar Komitəsinə sədr seçiləcək
-
16:32
Fransa millisinin sabiq üzvü İsveçrədə
-
16:13
"Qalatasaray"la matçöncəsi müqavilə
-
15:16
Azərbaycanla görüşdə kimlər oynamayacaq?
-
15:00
"Spartak"ın azərbaycanlısı meydana çıxdı
-
14:38
Etopaz-da bu gün 27 canlı oyun
-
14:33
Millimizin sabiq oyunçusu bu klubla anlaşdı
-
14:19
PSJ fransalını göndərir
-
13:49
Valbuena "Zenit"ə qarşı oynamayacaq
-
13:33
"Mançester Siti"yə uduzsalar qovulacaq
-
12:53
"Yuventus"un futbolçusunun ürəyində problem aşkarlandı
-
12:34
Millimizin rəqibi yoxlama görüşü keçirəcək
-
12:14
Azar Zidana görə "Çelsi"də qalır?
-
12:00
"Qarabağ"ın sabiq futbolçusu yeni klubunda qalmadı
-
11:13
"İstədiyimiz nəticə olmadı"
-
11:00
Ramil Şeydayev: "Bütün gücümüzü ortaya qoymalıyıq"
-
10:46
Günün oyunları hansı kanalda?
-
10:33
Emil Balayev oynadı, "Tobol" "Rubin"ə qalib gəldi
-
01:51
Çempionlar Liqasında qolsuz 2 oyun
-
21:30
Millinin forvardı məşqlərə başladı
-
21:27
AFFA-dan "Səbail"ə 2400 manatlıq cərimə