29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Avropaya getmək üçün mübarizə aparırıq"

“Qəbələ”nin yarımmüdafiəçisi Sabien Lilay Futbolxeber.az saytına açıqlama verib. 
 
Albaniyalı oyunçu "Sumqayıt" üzərindəki qələbədən söz açıb: “Deyərdim ki, vacib qələbələrdən biri idi. Düzdü, ola bilər ki, o qədər də yaxşı oynamadıq. Toplanışdan sonrakı ilk oyunumuz idi. Adətən fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. Düşünürəm ki, qarşıdakı oyunda biz daha yaxşı oynayacağıq. Hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanıram. Bizim üçün vacib olan üç xal idi. Bu oyunu analiz edəcəyik və nəyi yaxşı etdiyimizi, nəyi daha yaxşı edə bilərik deyə görəcəyik".
 
"Növbəti turda eyni xalda olduğumuz “Sabah”la qarşılaşacağıq. Final olduğunu demək olmaz. Bizim üçün vacib oyun idi. Biz Avropaya getmək üçün mübarizə aparırıq. Ona görə də biz bu oyuna 100 faiz konsentrasiya oluruq. İnanıram ki, “Sumqayıt”la oyundakından da yaxşı oynayıb üç xal qazanacağıq. Komanda üçün hər zaman daha vacib olan qələbədi. Biz də daha çox xallar toplayıb güclü olduğumuzu göstərmək istəyirik. İnanıram ki, uğurlu çıxışımızın davamı gələcək" - deyə, Lilay fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31