23 Avqust 2019, Cümə
"Qarabağ" "Linfild"ə uduzdu
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də

Ölkə futbolu

"Qəbələ" altı oyundu uduzmur

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib. 
 
Futbolxeber.az klubun saytına istinadən xəbər verir ki, bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.
 
Belə ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdır məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kubok, digərləri Premyer Liqaya təsadüf edib. Ötən ilin sonunda “Qarabağ”a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada “Keşlə” (2:1), “Səbail” (0:0) və “Sabah”la (0:0) görüşən komanda sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı.
 
“Qırmızı-qaralar” həm də “Sumqayıt”la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. Komanda bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin “Gənclik şəhəri” təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib. “Qəbələ”nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu “üçlük” klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür.
 
Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, “Qəbələ”nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridir. Burada onun şərikləri Aleksey Qayla Cavid Hüseynovdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31