19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Bordin: “Özümüzü evdə çıxış edirmiş kimi hiss etdik”

“Oyuna yaxşı başlamadıq. Amma sonradan özümüzə gəldik və hücumlar etməyə başladıq. Oyunumuz yaxşı alınan məqamda futbolçumuz meydandan qovuldu. Buna baxmayaraq, komandam nəticəni qoruya bildi. Buna görə, futbolçularımı təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqanın 15-ci turunda bu gün “Qarabağ”la keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Ağdam klubu ilə heç-heçəni uğurlu nəticə hesab etdiyini bildirib:

“Uzun müddət azlıqda oynadıq. Nəticəni qoruyub saxlaya bildiyimizə görə bunu uğurlu sayıram. Qırmızı vərəqə alana kimi komandamız gözəl oyun nümayiş etdirirdi. Rəqib qapısı ağzında bir neçə təhlükəli epizod yaratdıq. Bundan sonra isə əks-hücumlarda çıxış etməli olduq. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Özümüzü evdə çıxış edirmiş kimi hiss etdik. Bizə yaxşı dəstək oldular. Hər birinə təşəkkür edirəm. İnanıram ki, bundan sonra da dəstəklərini davam etdirəcəklər".

Bordin yeni transferlərin çıxışı ilə bağlı da danışıb:

"Mamadu Mbodj, Mamadu Kane və Vangellis Platellasdan razı qaldım. Onlar güclü rəqibə qarşı gözəl oyun sərgilədilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30