25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Bunu hiss etməmək mümkün deyildi”

“Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, İlk hissə daha yaxşı təsir bağışladıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:

"Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. “Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdir. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim.

Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadır. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30