28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bizim üçün hddən artıq pis oyun oldu"

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o,  əvvəlcə oyunu dəyərləndirib.

- Bizim üçün həddən artıq pis oyun oldu. Özümüz bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçları ilə çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimizin qarşısında çox həyəcanlı oynadıq. Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan qopsa, pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb-yığışdıra bilmədik. Yeni futbolçularımızdan bu gün heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər. Nisbətən hazır olan iki nəfəri meydana buraxdıq. Ümid veriləsi bir oyun idi. Amma hər şey etdik ki, özümüzü çuxura salaq. Əsla rahatlıq yox idi. Sadəcə bilmirəm futbolçularımıza nə oldu.

- Say üstünülüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?

- Faiz dərəcəsilə sıfır. Hansısa futbolçunun oyunu getmirsə, artıq meydanda fərqinə varmır 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.

- Yeni futbolçularınıza nə qədər vaxt lazımdır ki, tam formaya düşsünlər?

- Bizə 3-4 tur lazımdır ki, onlar formaya düşsünlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31