24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Naxçıvan stadionunun təmirdən sonra açılışı oldu

Bu gün Naxçıvanda əsaslı təmirdən sonra Muxtar Respublika stadionunun açılışı olub. Futbolxeber.az-ın məlumatına görə, açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, yerli gənclər və idman naziri Azad Cabbarov, muxtar respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq oyun zamanı 12800 tamaşaçı matçları seyr edə biləcək. Həmçinin, soyunub-geyinmə otaqları, məşq zalları da təmir olunub.

Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq “Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30