19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yuri Syomin "Qəbələ"nin tarixinə düşdü

"Qəbələ” tarixində 3-cü dəfə Premyer Liqaya ardıcıl 2 qələbə ilə başladı. Futbolxeber.az-ın məlumatına görə, ilk turda “Bakı” ilə səfər oyununda 2:1 hesabına sevinən Yuri Syominin yetirmələri bu dəfə “İnter”i 3:2 hesabı ilə üstələdi. Mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən ikisini xalsız qoyan komanda hər 2 qələbəsini əzmkarlıqla əldə edib. Belə ki, bu matçlarda hesabı rəqib futbolçuları açıb.

İndiyədək “Qəbələ” daha 2 dəfə mövsümün ilk 2 oyununda xal itirməmişdi. Sonuncu belə hadisə 5 il əvvəl yaşanıb. 2007/08 mövsümündə “Standard”ı 1, “Bakı”nı 2 cavabsız qolla keçən “qırmızı qaralar” növbəti çempionatda 2 böyükhesablı qələbə qazanmışdı. Həmin vaxt “Muğan” 4:1, MOİK 3:0 hesabı ilə məğlub edilmişdi.

Syomin isə klub tarixində ilk baş məşqçidir ki, onun rəhbərliyi altında debütdəki 2 oyun 6 xalla başa çatır. “Qəbələ”nin tarixində heç bir çalışdırıcı bu postdakı ilk 2 oyununda ardıcıl qələbə görməmişdi.

“İnter”lə matçda 3 qol vuran “Qəbələ” sonuncu dəfə 2012-ci ildə - ötən mövsümün XIV turunun “Rəvan”la səfərdə keçirilən oyununda 3 qol vurmuşdu – 3:1. Bundan sonra isə 19 matçda “qırmızı-qaralar” 2-dən artıq qol vura bilmirdi. Komandanın öz meydanında məhsuldarlıq göstərməsi isə ötən il avqustun 26-da qeydə alınıb. Həmin vaxt “Sumqayıt” 4:1 hesabı ilə məğlub edilmişdi. Bundan sonra 15 matç idi ki, azarkeşlər 2-dən artıq qolun sevincini yaşamırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30