24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"15 il "Neftçi”nin şərəfini qorusam da, ilk dəfədir bu klubdan zəng vurub, təbrik edirlər"

Bu gün "Neftçi”nin veteran futbolçusu Yunis Hüseynovun 54 yaşı tamam olur. Futbolxeber.az saytının məlumatına görə, 1965-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 1984 - 1998-ci illərdə "Neftçi”nin heyətində 336 oyun keçirib, 101 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olmuş Hüseynov 1994-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1993 - 1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 34 oyun keçirib, 4 qol vurub. Klubun rəsmi saytı doğum günü münasibətilə Hüseynovdan müsahibə alıb...
 
- Doğum gününüz mübarək, Yunis müəllim!
 
- Diqqətinizə görə çox sağ olun! Ümumiyyətlə, 9-u kapitan olmaqla 15 il "Neftçi”nin şərəfini qorusam da, o vaxtdan indiyədək ilk dəfədir ki, məni bu klubdan zəng vurub, təbrik edirlər.
 
- Karyeranız ərzində doğum gününüzdə oyuna çıxmısızmı?
 
- Yadıma gəlmir. Səhv etmirəmsə, çıxmamışam.
 
- İndiyədək sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?
 
- 50 illik yubileyimdə dostlarımdan aldığım hədiyyə mənim üçün gözlənilməz olub. Suvenir xəncər bağışlamışdılar. Suvenir olsa da, o xəncərlə adam da öldürmək olar... (gülür)
 
- "Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?
 
- Açığı, xüsusi bir oyun və ya qol yadıma gəlmir. Ümumiyyətlə, xatırlamaq üçün, demək olar, şəkillərim yoxdur. Məsələn, O vaxt SSRİ Olimpiya yığmasında oynasam da, həmin formada şəklim olmayıb. Başqaları o formanı götürüb şəkil çəkdirirdi, mən isə həmin formanı geyinə-geyinə şəkil çəkdirməmişəm. Çünki şəkil çəkdirməklə aram yoxdur. Çox az sayda şəklim var. Amma gərək belə eləməzdim. Şəkil çəkdirmək və onları saxlamaq lazım idi. İndi yaşa dolduqca düşünürəm ki, olsaydı baxardım. O vaxt SSRİ Olimpiya yığmasının heyətində çıxış edəndə hədiyyə olaraq mənə oyun vaxtı çəkilmiş 4-5 foto vermişdilər, amma o vaxt jurnalistlər istədilər verdim, sonra qaytarmadılar.
 
- Doğum gününüzü necə qeyd edəcəksiz?
 
- Açığı, mən heç vaxt ad günü keçirməmişəm. Ümumiyyətlə, doğum günlərimə xüsusi önəm verməmişəm. Bu gün də doğum günümü qeyd etməyəcəm. Bu günü adi bir gün kimi keçirəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30