20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çumbinyo "Səbail"ə keçir?

Mövsümün ikinci yarısına hazırlaşan “Səbail” transfer çalışmalarını davam etdirir.
 
Futbolxeber.az saytının Yunanıstan mətbuatına istinadən verdiyi məlumatına görə, sabiq “Rəvan”lı Oke Okpaveta ilə anlaşan Bayıl təmsilçisi Azərbaycanda oynamış daha bir legioneri heyətə qata bilər.
 
Bu, sabiq “Qarabağ”lı Çumbinyodu.  Braziliyalı yarımmüdafiəçi ilə danışıqlar davam edir. Onun “Səbail”ə keçib-keçməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək. Amma keçidin reallaşması daha çox ehtimal edilir.
 
Çumbinyo 2013/2015-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. 32 yaşlı futblçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam klubundan “Atromitos”a yollanmışdı. Son 2 ili isə o, “Levadiakos”da keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30