28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Vəziyyəti düzəltmək şansımız var"

“İnter”in qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Səlahət, ötən bazar günü “İnter” çempionatda ikinci qarşılaşmasını keçirdi və 3:2 hesabıyla “Qəbələ”yə məğlub oldu. Bu oyun barədə nə deyə bilərsiniz və məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

- Bizi çox çətin oyun gözlədiyini bilirdik. Ev sahibləri matça fəal başladılar, sonra biz daha yaxşı oynamağa başladıq və birinci hissənin ortalarında hesabda önə keçdik. Təəssüf ki, fasilədən sonra oyunun gedişi dəyişdi və biz məğlubiyyətə uğradıq. Düşünürəm ki, məşqçinin tapşırıqlarını tam yerinə yetirə bilmədik və bu da məğlubiyyətə gətirib çıxardı.

- “İnter” Premter Liqaya yaxşı başlamadı: 2 oyunda 2 məğlubiyyət…

- Bəli, təəssüf ki, start uğurlu alınmadı, ancaq hesab edirəm ki, bizim vəziyyəti düzəltmək şansımız var. Növbəti matçlarda “qara zolaq”dan çıxmağa çalışacağıq. Komandamızın böyük potensialı var və nəyə qadir olduğumuzu göstərməliyik.

- Növbəti turda “İnter” AZAL-ı qəbul edəcək. Bu görüş barədə nə düşünürsünüz?

- AZAL yaxşı komandadır. Yayda bu komandanın heyətində bir çox kadr dəyişikliyi oldu, ancaq komandanı tərk etmiş futbolçuların yerinə yeni oyunçular gəldilər. Buna görə AZAL hələ oyununu axtarır. Ancaq buna baxmayaraq bizə çox çətin olacaq. Bu komandanı məğlub etməyin asan olmayacağını anlayırıq. Lakin yenə təkrar edirəm ki, bizə “qara zolaq”dan çıxmaq lazımdır, bunun üçün isə qələbə qazanmaq vacibdir.

- Hazırda Azərbaycan milli komandasının düşərgəsindəsiniz və sabah millimizi Malta ilə yoldaşlıq matçı gözləyir.

- Xoşdur ki, məni yenidən milli komandaya dəvət etdilər. Dünən biz ilk məşqi keçirdik, sabah isə bizi Malta ilə yoldaşlıq matçı gözləyir. Məhsuldar oyun sərgiləməyimizi və azarkeşləri sevindirməyimizi istərdim.

- Sizin fikrinizcə, yoldaşlıq matçında nəticə belə vacibdir? Yoxsa yoxlama matçı ilk növbədə oyun keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir?

- Bilirsiniz, istənilən futbolçu istənilən oyuna bir məqsədlə-qələbə qazanmaq üçün çıxmalıdır. Oyunun yoldaşlıq və ya rəsmi xarakter daşıması olması vacib deyil. Biz həmişə qələbə qazanmağa çalışmalıyıq. Axı qələbə qazanacağımız təqdirdə uşaqlar öz güclərinə inanacaqlar və İsrail ilə matça yaxşı əhval-ruhiyyə ilə yanaşacaqlar. Malta ilə oyun İsrail ilə qarşılaşmaya hazırlıqda çox vacibdir, bizə yaxşı futbol nümayiş etdirmək və rəqibi məğlub etmək lazımdır. Çox istərdik ki, üçüncü gün azarkeşlər bizi dəstəkləsinlər, axı tribunaların güclü dəstəyi futbolçular üçün əlavə motivasiyadır.

- Səndən başqa milliyə daha iki qapıçı-Kamran Ağayev və Anar Nəzirov da dəvət edilmişlər. Bu qapıçılarla rəqabətə hazırsınızmı və üçüncü gün qapıda dayanmaq şansınız yüksəkdirmi?

- Kamran da, Anar da çox təcrübəli futbolçulardır. Hər ikisi əla qapıçılardır. Qapıçı mövqeyində rəqabət çox vacibdir. Qapını mənim qoruyub-qorumayacağımla bağlı konkret heç nə deyə bilmərəm. Bu məsələ baş məşqçinin qərarından asılıdır. Ancaq onu deyə bilərəm ki, çalışdırıcının istənilən qərarına hörmətlə yanaşıram. Əlavə edim ki, qarşıdakı oyuna tam hazır olmağa çalışacağam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31