19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Şəxsən mən "Neftçi" ilə oyundakı sınaqdan çox razıyam"

"Şəxsən mən “Neftçi” ilə oyundakı sınaqdan çox razıyam. Çünki bu qarşılaşmada məhz bu durumda - yorğun olan, futbol oynamağa çalışan yetirmələrimi görmək istəyirdim”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Bolqarıstanın “Beroe” klubunun baş məşqçisi Aleksandar Tomaş deyib.
 
Vaxtilə Azərbaycanda “Bakı”nın şərəfini qoruyan sabiq futbolçu “Neftçi” ilə Antalyadakı yoxlama oyununu dəyərləndirib.
 
Tomaş komandasının 0:4 hesablı məğlubiyyətinin gözlənilən olduğunu bildirib: “Belə vəziyyətdə futbolçuların nəyə qadir olduğunu bilmək, buna uyğun çalışmaq lazım idi.
 
Oyuna baxmayanlar “Neftçi” ilə görüşün nəticəsindən şoka düşər. Biz bu matçda 4 qol buraxdıq. Amma bütün planlaşdırdıqlarımızı meydanda gördüm ki, buna sevinməyə dəyər. Sevinirəm ki, oyunçular səylə, dayanmadan çalışdılar. Bizim səhvlərimiz də oldu ki, onların üzərində işləməliyik.
 
Yoxlama oyunları elə bu məqsədi daşıyır. Belə rəqiblərlə keçirilən səviyyəmizi görməyə imkan verir”. 2008/09 mövsümündə Azərbaycan çempionu olan Tomaş “Beroe”nin hazırlığını da dəyərləndirib:
 
“10 gündü toplanışdayıq. Yüklənmə ilə çalışırıq. Yorğunluq artıq hiss olunur. Növbəti matç da “Neftçi” ilə oyun kimi olacaq. Məhz yorğunluqla mübarizədə necə düzgün oynamalı olduğumuzu görməliyik. Belə baxış mənim məqsədimdi. Düzdü, müəyyən səhvlərimiz nəticəyə təsir edir. Amma yoxlama oyununun nəticəsinə fikir vermirəm. Yalnız komandamdakı irəliləyiş məni maraqlandırır. Biz peşəkar olmalıyıq. Bu görüş də bizim üçün çox faydalı sınaq oldu”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30