18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

”Xəzər Lənkəran”da qapıçı problemi

“Simurq”la görüş sonrası bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarımlıq hazırlığını ciddi itkilərlə davam etdirib. Belə ki, 6 futbolçu milli komandaların düşərgəsində olduğundan komanda ilə birlikdə deyil. Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov əsas millinin düşərgəsindədirsə, Ağabala Ramazanov, Kamran Abdullazadə və Elnur Cəfərov da müxtəlif aşağı yaş qrupları üzrə millilərin hazırlığına qatılıb. Bununla yanaşı daha ciddi itki komandanın qapıçı mövqeyində yaşanır. Sol diz nahiyəsində olan zədəsinin yeniləyən Orxan Sadıqlı məşqlərdən kənarda qalıb və belə də bir neçə gün öncə məşqdə zədələnən Duqlas Leytedən sonra bütün ümidlər gənc qapıçı Tərlan Qasımzadəyə qalıb. Toşakın rəhbərliyi altında hazırlığını sürdürən “Xəzər Lənkəran” avqust ayının 15-də “Qarabağ”la görüş üçün Bakıya yola düşəcək.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30