25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Fransız müdafiəçi: "Azərbaycanda futbol əsas idman növü deyil"

“İnter”in (hazırkı “Keşlə”) sabiq futbolçusu Yoan Bokonyon Bakı klubundakı çıxışını xatırlayıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, fransalı müdafiəçi bunları deyib: “Müqavilədən əvvəl Azərbaycan haqda məlumatım az idi. Altı saatlıq uçuşdan sonra Bakıya endim. Həmin vaxtı artıq saat 04:00 idi. Təyyarənin kiçik şüşəsindən paytaxtı görürdüm. Əbəs yerə Bakını kiçik Dubay adlandırmırlar. Müasir binaları var, bununla yanaşı köhnə Bakı da saxlanılıb. Qaldığım evdə çox yaxşı idi. Hətta oğlum üçün baxıcı da tutmuşdular. Qaldığım yer o qədər gözəl kompleks idi ki, hətta supermarket də var idi. Yəni oranı tərk etmədən istədiklərimizi həmin kiçik supermarketdən ala bilərdik”.
 
Bokonyon daha sonra insanların yaşayış durumundan da danışıb: “İstənilən halda çox yerdə ağır durumda yaşayan insanlar var. Oradakı çox insana kömək olmaq istəyərdim. Bakıda orta səviyyə yoxdu – ya sizin pulunuz var, ya da yoxdu. Yəni orta səviyyəli yaşayış yoxdu. Bizə pakteləri gətirməyə kömək edən oğlana dörd manat verdim, çox xoşbəxt idi. Elə insanlar da var ki, öz maşınından taksi kimi istifadə edir”.
 
“Komandamızın stadionu üç tribunadan ibarət idi. Çempionat oyunlarında iki mindən çox azarkeş olurdu. Avrokuboklar da isə bütün biletlər satılırdı. Orada vətənpərvərlər yaşayır, milli oyunlarında stadion dolu olur. Əgər Azərbaycan klubu avrokuboklarda başqa ölkənin komandasına qarşı oynayırsa, bütün komandaların azarkeşləri gəlib yerli komandaya azarkeşlik edir. Amma Azərbaycanda futbol əsas idman növü deyil. Orada əsas idman növü voleybol və güləş sayılır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30