26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sənan Qurbanov: "Tam hazırıq"

"Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan “Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Əyalət təmsilçisi bu gün Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda MTK (Macarıstan) ilə qarşılaşıb. “Qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matç barədə fikirlərini açıqlayan S. Qurbanov komandasından razı qalıb:
 
"Sevindirici haldır ki, qarşılaşma baş tutdu. Futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır. Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan oyundan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.
 
Qurbanov mövsümün ikinci yarısının hazırlıqlarını da dəyərləndirib: “Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. “Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası isə toplanışı zədəsiz başa vurduq. Ayın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30