24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Sumqayıt" serblərdən üstün oldu

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün son yoxlama oyunlarına çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bir gündə iki görüşdə qüvvəsini sınayıb. “Sumqayıt” öncə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenou”, daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşıb.
 
“Sumqayıt” - “Optik Rathenou” matçı hava şəraitinin pisləşdiyinə görə, ləğv olunub.
 
“Zemun” qarşılaşmasının da Lara bölgəsindəki “Fanatik” stadionunda keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin pis olmasına görə, matç Manavgat stadionunda oynanılıb və saat 16:50-də start götürüb. Bu oyunda isə “Sumqayıt” qələbə qazanıb. Nəticədə, Ayxan Abbasovun çalışdırdığı kollektiv Antalya toplanışını qələbə ilə başa vurub.
 
Yoxlama oyunları
 
"Sumqayıt" - "Optik Rathenou" (Almaniya) 0:1
 
Kəskin hava şəraiti ilə əlaqədar olaraq qarşılaşmanın 2-ci hissəsi baş tutmayıb)
 
"Sumqayıt" - "Zemun" (Serbiya) 2:1
Qollar: Yusif Nəbiyev, 24. Ülvi İsgəndərov, 63



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30