28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nurlan Novruzov: "Mənim üçün elə ən vacibi "Bakı" ilə oyundu"

"Sumqayıt"ın hücumçusu Nurlan Novruzov Futbolxeber.az saytına müsahibə verib.  

- "Qarabağ"a qarşı keçirilən matç haqda nə deyə bilərsən?

- "Qarabağ"la oyuna ciddi hazırlaşmışdıq. Birinci hissədə də bu görünürdü. Amma "Qarabağ"ın Azerbaycan klublarından olan fərqi düzgün və rəqibi mənəvi cəhətdən əsəbləşdirməsidi. Buna göre "Qarabağ" başqa klublardan seçilir. Birinci hissədə ağılnan, səbirnən oynadıq. Amma ikinci hissə komandamız həqiqətən istədiyimiz kimi oynaya bilmedik. Hücumda oynamaq istedik və müdafiədə çoxlu səhvlər buraxdıq. Bu da bizə baha başa gəldi.

- "Qarabağ"ın güclü olduğu məlumdur. Oyundan öncə hansı nəticəyə ümid edirdiz? Xal alacağınıza inamınız var idi?

- Açığı, ən azı 1 xal alacağımıza inanırdıq. Niyə də almamalıydıq ki? Öz səhvimizdən xal ala bilmədik. Amma bu səhvlərimizin qarşılığını üzümüzə gələn həftələrdəki oyunlardan alacağıq. Yaxşı komandamız var

- Oyundan sonra baş məşqçi sizə hansısa iradlarını bildirdi?

- İlk hissədə yaxşı oynadığımızı, amma ikinci hissədə təcrübəmizin çatmamasından uduzduğumuzu düşündüyünü söylədi. Eləcə də oyundan-oyuna bunun düzələcəyini və qarşıdakı oyuna hazırlaşmağımızı söylədi.

- "Sumqayıt"a artıq tam uyğunlaşa bilmisən?

- Tam demiyək, hələ bir az vaxt lazımdı. Bunun da oyundan-oyuna düzələcəyinə əminəm.

- Səhv etmirəmsə, "Sumqayıt"da icarə əsasında çıxış edirsən. Özün başqa komandaya getmək istədin, yoxsa Milinko Pantiç xidmətivə ehtiyac duymadı?

- Doğrusu, heç Pantiçi göre bilmədim. Hərbçilər arasındakı dünya çempionatında artıq "Sumqayıt"la danışıqlarımız yaxşı alındı və mundial bitən kimi rəhbərliklə görüşdüm və "Bakı"dan icarə əsasında "Sumqayıt"a keçmeyə razılıq aldım.

- Belə çıxır ki, öz istəyinlə komandadan getmisən. Nəyə görə getmək istədin? Heyətə düşməkdə çətinlik çəkəcəyini düşünürdün, yoxsa başqa bir səbəb vardı?

- Yox, başqa heç bir səbəb yoxdu. Sadəcə "Bakı"da az oyun keçirəcəyimi fikirləşib, bu qərara gəldim. Çünki mənə bu dəqiqə oyun təcrübəsi lazımdı. Bildiyiniz kimi, nə qədər məşqləri yüz faiz etsən də, oyunun yerinə verə bilməz. Ona görə nə qədər çox oyun keçirsəm, mənimçün daha yaxşı olacaq. Burada 1 il həm "Sumqayıt"a kömək etmiş olacam, həm də "Bakı"ya qayıdanda artıq hazır oyunçu olacağam. Azərbaycan futboluna xeyrimin dəyəcəyinə çox inanıram, qarşımdakı məqsədim də budur.

- Bəlkə Pantiç sənə şans verəcəkdi? Məsələn, Vadim Abdullayev özünü təlim-məşq toplanışında yaxşı tərəfdən göstərdi və indi əsas heyətdə mübarizə aparır.

- Bəlkə də heç məni oynatmayacaqdı... Ona görə belə qərar qəbul etdim. Onsuz da yenə Pantiçin gözünün qabağındayam. Əgər, onun planına uyğun gəlirəmsə, dekabrda da qaytarar komandaya.

- "Sumqayıt" iddialı komanda deyil. Komanda "Qarabağ"la oyundakı kimi tez-tez məğlub ola bilər. Bu məqam isə futbolçuda istər-istəməz məğlub psixologiyası yaradır. Bundan narahat deyilsən?

- Hə, bu da doğrudur. Amma komandamız artıq hiss eləməlidir ki bura Azerbaycandır və istədiyin klubdan xal almaq olar. Böyük komandalarla meydanda vuruşmaq həqiqətən futbolçunun ustalığını artırır.

- Bəs, maaşı sənə kim verir: "Sumqayıt", yoxsa "Bakı"?

- "Bakı".

- Yəqin ki, muqaviləndə "Bakı" ilə oyunlarda meydana çıxmayacağınla bağlı bənd var?

- Var idi. Amma sağ olsun rəhbərlik. Onlarla danışdım və bu qərar götürüldü. Mənim üçün elə ən vacibi "Bakı" ilə oyundu. Çünki Pantiçə daha rahat necə futbolçu olduğumu göstərmək şansım olacaq.

- "Bakı"nın bu mövsümkü oyunlarını izləmisən?

- Hə izləmişəm. Nəticələrə görə də çox üzülürəm. Çünki hər iki oyunda da qələbəyə "Bakı" layiq idi. Amma sanki uğur qazanmaq üçün komandada nəsə çatmır.

- Uğursuzluğun səbəbini nədə görürsən?

- Vallah, bunun sadəcə şanssızlıqla bağlı olduğunu düşünürəm. Çünki komandanın fiziki durumu, paslaşmağı, bir sözlə hər şey yerindədir. Sadəcə, nəticə pisdi.

- Bəlkə komandada qol vuran hücumçu çatışmır?

- Məncə, 2 hücumçu da çox güclüdü. Rauf və Penayla eyni vaxtda meydanda olmuşam. Onlarla oynamaq çox rahatdı. İki hücumçunun da qol duyumu güclüdü. Nəsə hələlik şansları gətirmir. Lakin qarşıda hələ çox oyun var. İnanıram ki, "Bakı" tez bir zamanda bu şanssızlığı geridə qoyacaq. İnşallah "Bakı" bu il çempion olar. Komanda çox güclüdür. Milli komandamızın 6-7 üzvü məhz "Bakı"nın heyətindədi. Bu da o deməkdir ki, ən güclü oyunçular məhz "Bakı"nın heyətindədi.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31