25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millimizin çalışdırıcısı: “Taktiki planda oyunumuzu düzəltməliyik”

“Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar "Krasnodar-3" komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib.

Gənc mütəxəssis bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində “Krasnodar-3” komandası ilə yoxlama matçı haqda danışıb:

“Yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var”.

Qeyd edək ki, yığmamız “Krasnodar-3” komandası ilə 1:1 hesablı heç-heçə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30