16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Neftçi" "Bursaspor"la əməkdaşlığa başladı

“Neftçi” ilə “Buraspor” arasında qardaşlıq və starateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, Türkiyə klubunun bazasında keçirilən imza mərasimində “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev, Superliqa təmsilçisinin prezidenti Əli Ay və vitse-prezident Cem Öztürk iştirak ediblər.

“Neftçi” ilə gələcək iş birliyi haqda təəssüratlarını bölüşən Ə.Ay bütün sahələrdə əməkdaşlıq edəcəklərini bildirib: “Neftçi” Azərbaycan futbolunun köklü və çempion klubudur. Bir müddətdir onlarla bu əməkdaşlığı müzakirə edirdik. “Fənərbaxça” ilə oyunda qonağımız oldular. Stadionumuz, xüsusilə də “Goldsit 1963” tribunamızı çox bəyəndilər. Sadəcə, idman deyil, bir müəssisə kimi, hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və skout məsələlərində fikir mübadiləsi aparıb, ortaq layihələr gerçəkləşdirəcəyik. İş birliyimizin xeyirli olmasını arzulayıram. Bu arada Cem Öztürkə də təşəkkür edirəm. Öz işi ilə bağlı Azərbaycanda olarkən Kamran Quliyevlə tanış olub və belə bir əməkdaşlığın ərsəyə gəlməsində yaxından iştirak edib. İnanıram ki, çox gözəl şeylər olacaq. Bir-birimizə faydamız dəyəcək”.

Mərasimdə çıxış edən “Neftçi”nin prezidenti Kamran Quliyev isə “Bursaspor”dan nümunə götürməli çox şey olduğunu bildirib: “Bizim üçün qürürverici bir andır. Belə bir klubda sizlərlə bir yerdə olmaqdan məmnunuq. Əli bəyə, Cem bəyə, bütün idarə heyətinə təşəkkürümü bildirmək istəyirəm. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük, tarixin ən qədim klubuyuq. Sovet İttifaqı dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış bir komandayıq. Sizlərlə birlikdə olmaq bizim üçün çox xoş və sevinclidir. Dünən “Fənərbaxça” ilə oyununuzu izlədik. Bəxtiniz gətirmədi. Mötəşəm stadionunuz, özəl klubunuz və azarkeşləriniz var. Sizdən nümunə götürməli çox şey var. Əli bəyə çox təşəkkür edirəm. Biim əlaqələrimiz davam edəcək. Gələcəkdə ortaq işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30