19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Halldorsson "Qarabağ"ı İslandiya çempionuna dəyişir

"Qarabağ"dan ayrılacağı gözlənilən islandiyalı qapıçı Hannes Halldorsson karyerasını ölkəsində davam etdirə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bir müddətdir "Valur" klubu ilə danışıq aparan 34 yaşlı qolkiperin son çempionla anlaşdığı bildirilir.

İslandiya mətbuatının iddiasına görə, təcrübəli qolkiper artıq İslandiya klubunun təklifini qəbul edib. Xəbərdə Halldorrsonun "Reykyavik" komandasından da dəvət aldığı, ancaq daha yaxşı şərtlər irəli sürən "Valur"u seçdiyi qeyd olunub.

İslandiya millisininin üzvünün meneceri Olafur Qarrdarsson Hannesin yerli və əcnəbi klublardan təklif aldığını tədiqləsə də, rəsmi müqavilə imzalanmadığını söyləyib: "Halldorsson bir müddətdir "Valur"la danışıq aparır. Onun məsələsi yaxın günlərdə öz həllini tapa bilər. Hannesə İsveç, Norveç və digər ölkələrdən də maraq var. Amma onun "Qarabağ"la hələ 18 aylıq müqaviləsi var. Azərbaycan klubunun Halldorssonu buraxması üçün xeyli iş görmək lazımdır. İslandiya klublarından daha çox "Reykyavik" və "Valur" Hannesi heyətinə qatmaq istəyir. Amma hələlik heç bir müqavilə imzalanmayıb".

Qeyd edək ki, Halldorsson bu mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan "Qarabağ"a keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30