24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Neftçi"nin "İstiqlal"la oyunu ləğv olundu

"Neftçi"nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda “ağ-qaralar”ın baş məşqçi Roberto Bordin qərar qəbul edib.

İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə addım atıb.

Xatırladaq ki, dünən "Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30