25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Foqts yenə azərbaycanlı jurnalistlərə "ilişdi": "Məgər almanca bilirsiz?"

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Maltaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman məşqçi futbolçuları yalnız bu gün naharda gördüyünü və bu səbəbdən də hazırlıq haqda bir söz deyə bilməyəcəyini vurğulayıb. Foqts çempionatın ilk turları barədə bunları söyləyib: "Həmişə sürətli oyunun tərəfdarı olmuşam. Köməkçilərimdən müəyyən məlumatlar almışam. Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Bilmirəm, bu, havaların isti olmağı, yaxud orucluqla bağlıdır".

Foqts "Almaniya mətbuatında məşqçilərlə görüşdən danışmısınız. Bu, hansı görüşdür" sualını yenə də özünəməxsus şəkildə cavablandırıb: "Siz bunu hardan bilirsiniz? Məgər almanca bilirsiz? Mətbuatı oxuyursunuz? Elə isə gəlin, almanca danışaq. - Mən nə dediyimi yaxşı bilirəm. Gəlin, oyun haqda danışaq".

Alman məşqçi mütəxəssislərin Malta ilə oyunun lazımsız olduğu barədə fikirlərə sərt reaksiya verib: "Bunu hansı mütəxəssislər deyir: futbol, yoxsa güləş? Məgər İspaniya, İtaliya, İngiltərə kimi güclü yığmalar həmin günü oynamır? Bu, beynəlxalq yoldaşlıq görüşüdür. İsraillə oyun öncəsi yoldaşlıq görüşü oynamalı idik. Malta bir sıra rəqiblərə qalib gəlib. Azərbaycan klubları da rəsmi oyun öncəsi yoxlama matçları oynayır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30