20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aqolli: "Əvvəl düşünürdüm ki, "Qarabağ"da uzun müddət qalmaram"

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli "RTSH Sport" kanalına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi Ağdam klubundakı çıxışından və gələcək planlarından söz açıb.
 
- Ürəyinizdə "Qarabağ" çəkisini nə dərəcədədir?
 
- Artıq doqquz mövsümdür ki, "Qarabağ"da çıxış edirəm. Əvvəl düşünürdüm ki, burada uzun müddət qalmaram. Lakin düzgünlük, peşəkarlıq və azarkeşlərin kluba sevgisini nəzərə alsaq, bu illər tez keçdi və mükəmməl alındı. Karyeramın 60 faizini bu kluba həsr etdim. Bu komanda mənim evimdir və bir ailədən daha böyükdür. Bu söyləyə bilərəm.
 
- Mövsümün sonunda planlarınız necədir?
 
- Qərar verməmişəm. Hələ ki, gözləyirik. Mövsümün sonunda müqaviləm bitir. Bu zamana kimi komandaya kömək edəcəm. Daha sonra isə agentim və klubla danışacam.
 
- Ehtiyatda oturmaq sizə çətin olmur?
 
- Heç bir futbolçu başqasının əvəzləyicisi olmaq üçün razılaşmaz. Bunlar da futbolun bir hissəsidir və bunu qəbul etməliyik.
 
- Albaniya yığmasından dəvət gözləyirsiniz?
 
- Artıq işimi tamamlamışam, gənc futbolçulara yol açmalıyıq. İnanıram ki, onlar ümidləri doğruldacaqlar.
 
- "Tirana"ya dönüşünüz mümkündür?
 
- Albaniyada həmişə demişəm ki, "Tirana" mənim doğma komandamdır. Ora qayıtmasam da, bu fikir dəyişməyəcək. "Tirana" ilə ölkə çempionu olmuşam və kubok qazanmışam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30