25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Qəbələ" aqressiv oynasa da, imkanlarımız daha çox oldu"

"Yaxşı komandalara qarşı matçlarda topla daha çox oynamalıyıq.  Bu cəhətimizi yaxşılaşdırmaq istəyirik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Almaniyanın üçüncü bundesliqa təmsilçisi "Meppen"nin baş məşqçisi Kristian Neydhart klubun rəsmi saytına açıqlamasında deyib. 
 
Antalyada "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan danışan mütəxəssis komandamızın aqressiv oynadığını söyləyib:
 
"Qəbələ" aqressiv oynasa da, bizim qol imkanlarımız daha çox oldu. Rəqibimiz də layiqli müqavimət göstərdi, mübarizə apardı və qol fürsətləri yaxaladı. Buna baxmayaraq, qələbə hesabını qorumağı bacardıq. Ümumilikdə, oyunumuzdan razı qaldım.
 
Biz də məhz belə durumlarda daha yaxşı olmağa çalışırıq. Rəqib çox aqressiv idi, amma bizim komanda da yaxşı oyun göstərdi. Təbii ki, küləkli havanın çətinlik yaratdığını etiraf etməliyik. Belə havada bundan artığı alınmazdı. Bu üzdən də ümumi oyundan tamamilə razyam".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30