20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Bakı" sabah Zaqatalaya yola düşəcək

 

Topaz Premyer Liqasının XXIV turunda Zaqatalada "Simurq"un qonağı olacaq "Bakı" hazırlıqlarını klub bazasında keçirdiyi məşqlə davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, bugünkü məşqdə milli komanda heyətində Portuqaliyaya qarşı oyunda yüngül zədə alan Rauf Əliyev, hərarəti olan Cavid Hüseynov, U-21 milli komandamızın Avstriyada keçirdiyi təlim-məşq toplantısına qatılan Şəhriyar Əliyev, Nurlan Novruzov və Litva yığmasının düşərgəsində olan Deyvidas Çesnauskis yer almayıblar.Novruz Məmmədov və Vinston Parks fərdi çalışarkən, milli komandadan qayıdan Elvin Məmmədov qaçışla kifayətlənib. Adları çəkilən futbolçulardan fərqli olaraq komandanın baş məşqçisi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlaşan digər oyunçular qızınma hərkətlərinin ardınca topla təmrinlərə keçiblər. Məşq qısamüddətli ikitərəfli oyunla yekunlaşıb. Bakıda son məşqini keçirən "Bakı" sabah (28 mart 2013) Zaqatalaya yola düşəcək. 
 
Xatırladaq ki, Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" qarşılaşması 30 mart 2013-cü il tarixində Zaqatala şəhər stadionunda baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30