18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Hələ ki, bacardığımın yalnız 70 faizini göstərə bilmişəm"

"Komanda əlindən gələn hər şeyi etdi. Artıq iki oyundur ki, hesabda geri olmağımıza baxmayaraq, yekunda qələbə qazanmağı bacarırıq. Bu da kollektivimizin xarakter nümayiş etdirdiyini göstərir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın ilk həftəsində - "Bakı"-"Qəbələ" (1:2) matçında 2 məhsuldar ötürmə, ardından II turda - "Qəbələ"-"İnter" (3:2) qarşılaşmasında 1 qol və 1 məhsuldar ötürmə ilə "qırmızı-qaralar"ın qələbəsində böyük pay sahibi olan Leonardo Da Silva gabalafc.az-a açıqlamasında deyib. Braziliyalı futbolçu komandasının hər oyuna qələbə üçün çıxdığını vurğulayıb. Komandaya uyğunlaşma dövrünü keçdiyini söyləyən yarımmüdafiəçi, azarkeşlərin bir müddət sonra  fərqli Leonardo görəcəyini bildirib:

"Komandamız hər oyuna qələbə üçün çıxır. İki turdur ki, istədiyimiz nəticəni əldə edirik. İnanıram ki, bu cür əzmlə, sona kimi mübarizə aparsaq növbəti oyunlarda da uğur qazanacağıq.  O ki, qaldı mənə hazırda kollektivə uyğunlaşma dövrünü yaşayıram. Hələ ki, bacardığımın yalnız 70 faizini göstərə bilmişəm. Qarşıdakı turlarda azarkeşlərimiz fərqli və daha üstün Leonardo görəcəklər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30