19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” ilk oyununda uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıb. Görüş “Papilon otelinin meydançaları”nda baş tutub. Baş məşqçi Sənan Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Urfan Abbasov, Sabien Lilay.

Komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki bölümündə qapılara qol vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qırmızı-qaralar”ın heyətində Anar Nəzirov, Murad Popov, Amin Seydiyev, Rasim Ramaldanov, Rövlan Muradov, Davit Volkovi, Qismət Alıyev, Roman Hüseynov, həmçinin, baxışda olan braziliyalılar Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Neves meydana daxil olublar. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurub. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandanın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

Xatırladaq ki, “Qəbələ” Antalyada növbəti oyununu yanvarın 20-də keçirəcək. “Qırmızı-qaralar”ın rəqibi Rusiya təmsilçisi “Yenisey” olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30