29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin müdafiəçisi: "Toplanışın sonuna qədər vaxt var"

“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu. Həm fiziki, həm də psixoloji cəhətdən yaxşı istirahət etdim. Bu da ikinci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin Ürfan Abbasov klubun saytına açıqlamasında deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən futbolçu Bakıdakı hazırlıqdan da danışıb:
 
"Toplanışa gəlincə, öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi".
 
Ü.Abbasov Antalya toplanışının yüksək səviyyədə  təşkil olunduğunu söyləyib: "Üç gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, ikinci yarıya tam hazır olacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31