28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" Antalyaya yollandı

"Qəbələ" Türkiyənin Antalya şəhərinə yollanıb.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. “Qəbələ” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.
 
Qeyd edək ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da olacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31