18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Sadıqov: "Obradoviç ən yaxşı namizəd idi"

“Portuqaliyadan, Xorvatiyadan və  başqa ölkələrdən namizədlər var idi. Minimum 6-7 namizəd olub. Bu proses uzun müddət çəkdi. Yəni müzakirələr, görüşlər və sonda namizədlər arasında ən yaxşısının Milan Obradoviç olduğuna dair qərar qəbul olundu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov  U-21 millimizə yeni baş məşqçi təyinatı ilə bağlı danışarkən deyib. O, serbiyalı mütəxəssis Milan Obradoviçin yığmamıza uyğun məşqçi olduğunu bildirib:

“Rəhbərliklə birlikdə xeyli müddət müzakirə apardıq. Obradoviç hazırda məşqçi üçün əlverişli yaşdadır. Bundan başqa ötən il Serbiya millisində köməkçi məşqçi kimi dünya çempionatında iştirak edib. Ümumiyyətlə, beynəlxalq təcrübəsini, eyni zamanda daha əvvəllər aşağı yaş qruplarında çalışmağını nəzərə alaraq belə bir qərar qəbul olundu. Çünki U-21 millisində çalışmaq ona yad bir iş deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30