9 Iyul 2025, Çərşənbə
"Qarabağ" "Metallist"ə məğlub oldu
Papunaşvili daha 2 il “Zirə”də
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat

Ölkə futbolu

Almeyda yenidən “Qarabağ”da

“Qarabağ” millimizin yarımmüdafiəçisi Riçard Almeydanın transferi məsələsini həll edib.

Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, yaxın iki gündə braziliyalı milliləşdirilmiş futbolçu Ağdam klubunun Antalyadakı hazırlıq prosesinə qoşulacaq. Bundan sonra isə o, “Qarabağ”la müqavilə imzalayacaq. Hazırda bu keçidin rəsmiləşməsi üçün son sənədləşdirmə işləri aparılır. Əgər bu proses sabah axşama kimi yekunlaşsa, Almeyda yanvarın 13-dən etibarən komandada məşqlərə başlayacaq.

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçib.

Qeyd edək ki, bundan əvvəl Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı da heyətinə cəlb edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31