24 Aprel 2019, Çərşənbə
UEFA nümayəndələri Bakıda
Tərlan Əhmədova 1 oyunluq cəza
XXVI turun hakim təyinatları
Millimizin sabiq üzvü döyüldü

Ölkə futbolu

AFFA millimizin yeni baş məşqçisinin adını rəsmən açıqladı

Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi serbiyalı  Milan Obradoviçə həvalə olunub. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis son olaraq Serbiya millisində köməkçi məşqçi kimi çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya mətbuatı milli komandanın baş məşqçisi Mladen Krstaiçə istinadən Obradoviçin yığmamızdan imtina etdiyini yazmışdı.

Milan Obradoviç kimdir?

Təvəllüdü: 03.08.1977

Futbolçu karyerası: Yuqoslaviya SFR U-21 milli komandası - 12 oyun

SR Yuqoslaviya A milli komandası - 8 oyun

1998-2001 - Obilic (Belqrad, Serbiya)

2001-2003 - Lokomotiv (Moskva, Rusiya) –çempion,superkubok-2002

2003-2004 - Borussiya (Münxenqladbax, Almaniya)

2004-2005 - Akratitos (Afina, Yunanıstan)

2006-2013 - Metallist (Xarkov, Ukrayna)

2013-2014 - Partizan (Belqrad, Serbiya)

2014 - OFK Belqrad (Serbiya)

UEFA Çempionlar Liqası - 15 oyun

UEFA Avropa Liqası - 36 oyun

Məşqçi təcrübəsi

2014-2015 - FK Napredak (Krusevac, Serbiya) - köməkçi məşqçi

2015 - NK Zavrc (Sloveniya) - köməkçi məşqçi

2015-2016 - NK Koper (Sloveniya) - baş məşqçi

2016-2017 - NK Koper (Sloveniya) - baş məşqçi

2017 Serbiya U-19, U-20 - baş məşqçi

2017 Serbiya U-17 - baş məşqçi

2017 Serbiya milli komandası - köməkçi məşqçi

2018 FIFA Dünya Çempionatı - Serbiya milli komandası - köməkçi məşqçi

Təhsili

Bakalavr - Psixologiya TIMS Novi Sad 2018

Sahibkarlıq İnstitutu

İxtisas: Sahibkarlıq Menecerliyi, Menecment

UEFA A lisenziyası - Ukrayna Futbol Federasiyası, dekabr 2014

UEFA PRO lisenziya - Ukrayna Futbol Federasiyası, fevral 2017

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30





Click to Visit