29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA və “Neftçi”yə ayrılan maliyyəyə bundan sonra kim nəzarət edəcək?

AFFA və “Neftçi” ciddi dəyişikliklər astanasındadır. Ən azı maliyyə baxımından. Belə ki, bu gün mətbuatda SOCAR-ın birinci vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində yeyintilərinin aşkarlanması və faktiki bütün səlahiyyətlərinin əlindən alınaraq Elşad Nəsirova verilməsi haqda məlumatlar dərc olunub.

Bilməyənlər üçün xatırladaq ki, SOCAR-ın birbaşa maliyyə dəstəyi ilə ayaqda duran AFFA və “Neftçi”yə ayrılan maddi vəsaitə məhz Mikayıl İsmayılov nəzarət edir. Lorı dildə desək, İsmayılovun icazəsi olmadan assosiasiyaya və ya “ağ-qaralar”a bir qəpik də ayrıla bilməz. Hətta “Neftçi”nin vitse-prezidenti postunu tutan, klubda maliyyə işlərinə nəzarət edən Elnur Eyvazov da məhz İsmayılovun kadrıdır.

Yazılanları rəsmən təsdiqini tapsa, istər AFFA-da, istərsə də “Neftçi”də dəyişiklik qaçılmaz olacaq. Maraqlıdır, görəsən AFFA və “Neftçi”yə ayrılan maliyyəyə bundan sonra kim nəzarət edəcək?

Bu arada onu da qeyd edək ki, bu günlərdə “Neftçi” ilə tərəfdaşlıq müqaviləsi imzalayan “Meqa Sığorta” da məhz Mikayıl İsmayılova məxsusdur.

Futbolxeber.az

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31