16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Döşəmədə yatanlar olub"

Milli komandamızın üzvü Rəşad Sadiqov Stadium.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- İlk növbədə Portuqaliya ilə oyun haqda fikirlərini öyrənmək istərdik.

- Rəqibin gücünə bələd idik. Oyuna yaxşı başladıq. Lakin ardını gətirə bilmədik. Bundan da yaxşı oynamaq olardı. Amma alınmadı, rəqib güclü oyandı. Deyərdim ki, Portuqaliya rahat qələbə qazandı. Onsuz da əvvəl-axır qol vurmalıydılar. Rəqib bizi çox sıxışdırmışdı, biz də arxaya çox çəkilmişdik. Əks-hücumda 2-3 dəfə onları yaxalasaydıq, gözləri qorxacaqdı. Amma bizim əks-hücumlarımız yaxşı alınmadığından, rəqib daha ürəklə qabağa getdi. Bütün qüvvə ilə irəli atıldılar və istəklərinə çatdılar.

- İlk yarıda komandamız bir qədər fəal olsa da, fasilədən sonra tamamilə yoruldu. Bunun səbəbi nədir?

- Futbolda belədir ki, nə qədər çox müdafiə olunursansa, o qədər də çox güc itirirsən. Bir var topla oynayasan, bir də var topsuz. Fərq böyükdü. Topsuz oynayırsansa, tez yorulacaqsan. Millimizdə də belə oldu.

- Rauf Əliyevin meydandan qovulduğu epizod haqda nə deyə bilərsən?

- Hakim ikinci sarı vərəqəni verməkdə haqlı idi. Amma birinci epizodda o sarı vərəqə verməyə də bilərdi. Adi bir cərimə zərbəsində 2 sarı vərəqə göstərdi. Təbii ki, Raufun meydandan kənarlaşdırılması üzücü oldu.

- Komandamızın azlıqda qalmasının məğlubiyyətdə nə dərəcədə rolu oldu?

- Təbii ki, bunun da təsiri oldu. 10 nəfərlə Portuqaliyaya qarşı oynamaq çox çətin idi. Onsuz da 11 nəfərlə çətinlik çəkirdik, rəqibin qarşısını ala bilmirdik. Hər 4-5 dəqiqədən bir qapımızda təhlükə olurdu. Biz 10 nəfərlə qaldıqdan sonra Portuqaliya tamamilə irəli atıldı. 11 nəfərlə gücümüz eyni olmur, o ki qala 10 nəfər ola. Uşaqlar əllərindən gələni etdilər ki, hesabı qorusunlar. Amma alınmadı.

- Komandamız azlıqda qaldıqdan sonra Foqts meydana Levini buraxaraq, 5-li müdafiəyə keçdi. Bunun yenilgidə nə dərəcədə rolu oldu?

- Baş məşqçinin seçimidir, bir söz deyə bilmərəm. Amma fakt budur ki, millimiz heç vaxt belə oynamamışdı. İlk dəfə idi ki, bu cür taktika ilə oynadıq, özü də birdən-birə Portuqaliya kimi rəqibə qarşı. Bu da komandamızda çaşqınlıq yaratdı.

- Foqts bu oyunda sənə niyə şans vermədi?

- Bu haqda heç nə deyə bilmərəm. Baş məşqçi şans vermədiyinə görə, oynamaq qismət olmadı.

- Foqtsla aranızda nəsə problem var?

- Yox, aramızda problem yoxdu.

- Bəlkə Foqts səni qısqanır?

- Yalandan deyə bilmərəm. Axı onun qəlbini bilmirəm (gülür).

- Foqts Almaniya mətbuatına müsahibəsində deyib ki, Lüksemburqdan gələndə təyyarə sıx olduğuna görə bəzi futbolçular döşəmədə yatıb. Bu nə dərəcədə doğrudur?

- Bunu AFFA rəsmilərindən sorusşsanız, daha yaxşı olar.

- Axı, sən də həmin təyyarədə olmusan?

- Mən özüm barəsində onu deyə bilərəm ki, döşəmədə yatmamışam. Harda getmişdimsə, orda da qayıtmışam. Amma döşəmədə yatanlar olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30